Avqustda 15 milyondan çox sərnişin metrodan istifadə edib

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” avqust
ayı ərzində 15 milyondan çox sərnişinə xidmət göstərib.

Bu barədə Trend-ə qurumun Mətbuat xidmətindən məlumat
verilib.




Bildirilib ki, ay üzrə ən çox sərnişin 27 avqustda daşınıb – 574
249 nəfər.

3 avqust isə 334 073 sərnişinlə ən sakit gün olub.