Azərbaycandan “JetBrains”lə əməkdaşlığa dair müraciətlər dail olub – Andrey İvanov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda maraqlı tərəflərlə danışıqlar aparmağa davam
edəcəyik.

Bu sözləri “JetBrains” şirkətinin İnsan resursları, tədqiqat və
investisiyalar üzrə baş vitse-prezidenti Andrey İvanov Beynəlxalq
Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya
Finalı 2025 kuluarlarında Trend-ə açıqlamasında deyib.

O, təmsil etdiyi şirkət ilə Azərbaycan arasında gələcək
əməkdaşlıq barədə danışmağın hələ erkən olduğunu bildirib:

“Lakin düşünə biləcəyimiz və çox güman ki, edəcəyimiz əməkdaşlıq
Azərbaycanın orta məktəb sistemi ilə ola bilər. Çünki bizim bir
neçə universitet layihəmiz var. Bremen şəhərindəki “Constructor
University” tərəfdaşımızdır. Həmçinin, Pafosda bir universitetimiz
var ki, hazırda orada müsabiqədə iştirak edir. Biz ən istedadlı
uşaqları, yəni orta məktəbi bitirənləri bu universitetlərdə təhsil
almağa cəlb etməyə çalışırıq. Azərbaycan isə bu baxımdan çox
perspektivli ölkələrdən biridir. Beləliklə, bu mümkün
əməkdaşlıqdır.




Bizə Azərbaycandan “JetBrains”lə əməkdaşlıq etmək üçün bir neçə
müraciətlər daxil olub. Amma yaxın müddətdə olmasa da, qarşıdakı
dövrlərdə şirkətimizin Azərbaycana da qatqısının olmasını
istərdik”.

O vurğulayıb ki, ümumiyyətlə, təhsil sisteminə kömək etmək üçün
yerli tərəfdaş lazımdır:

“Çünki “JetBrains” nə edə bilər? “JetBrains” pul verə bilər,
tədris materialları göndərə və eləcə də, müvafiq alətlər təqdim edə
bilər. Bununla yanaşı, “JetBrains” ən istedadlı uşaqları bəzi
düşərgələrimizə dəvət edə bilər. Amma bütün bunların gerçəkliyə
çevrilməsi üçün bizə yerli tərəfdaş lazımdır”.

“Biz açılış naharında Azərbaycan Mərkəzi Bankının nümayəndələri
ilə çox yaxşı söhbət etdik. Beləliklə, bu yaxşı əməkdaşlığın
başlanğıcı ola bilər. Azərbaycanda maraqlı tərəflərlə danışıqlar
aparmağa davam edəcəyik”, – deyə Andrey İvanov fikrini
yekunlaşdır

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir