Fransada COVID-19 virusu yenidən yayılır

Baş səhifə

Bakı. Trend:

Fransada COVID-19 virusu yenidən yayılmağa başlayıb.

Trend xəbər
verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Agentliyi məlumat
yayıb.




Bildirilib ki, avqustun sonunda virusa yoluxma 15 yaşadak
uşaqlarda 20, 15-74 yaş arasında olanlarda isə 12 faiz artıb.

Cenevrə Universitetinin professoru Antuan Flaol bu cür halların
digər Avropa ölkələrində və Amerika Birləşmiş Ştatlarında da
müşahidə olunduğunu bildirib. O, növbəti aylarda virusun daha geniş
yayıla biləcəyini söyləyib.