
Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər
arasında Avropa çempionatına davam edir.
Trend xəbər
verir ki, final görüşündə Azərbaycan təmsilçisi Nihad Məmişov
italiyalı Françesko Sampino ilə üz-üzə gəlib. 60 kiloqram çəki
dərəcəsində yarışan idmançı rəqibini üstələyərək qızıl medal
qazanıb.
Bu gün Azərbaycanın digər cüdoçusu Məhəmməd Musayev də (66
kiloqram) final qarşılaşmasında çıxış edəcək.