ICPC Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində qrant təqdim edib

Baş səhifə

Bakı. Trend:

ICPC Fondu ADA Universitetinə 100 min ABŞ dolları məbləğində
qrant təqdim edib.

Trend xəbər
verir ki, Beynəlxalq Tələbə Proqramlaşdırma Olimpiadası (ICPC)
Fondunun prezidenti Bill Pauçer bunu Bakı şəhərində keçirilən 49-cu
ICPC Dünya Finalının bağlanış mərasimində açıqlayıb.




“O fond ICPC Universitet ADA-ya 100 min ABŞ dolları məbləğində
qrant təqdim edir. Bu, universitetdə ICPC icmasını dəstəkləmək
məqsədilə verilən bir qrantdır. Siz onu ICPC-ni təşviq etmək üçün
istədiyiniz şəkildə istifadə edə bilərsiniz. Məsələn, tələbələr
üçün təqaüdlər, bu kimi xüsusi tədbirlər üçün istifadə oluna
bilər”, – deyə o bildirib.

“Onu komandaların digər ölkə və şəhərlərdə keçirilən yarışlara
səfərləri üçün də istifadə etmək olar”, – deyə B. Pauçer əlavə
edib.