
Bakı. Trend:
Ağdərə rayonunun Ortatağ kəndində mürəkkəb reylefli dağlıq
ərazidə yanğın olub.
Trend xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin qüvvələri cəlb olunub.
Relyefin mürəkkəbliyinə baxmayaraq, yanğınsöndürənlər tərəfindən
həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində quru
ot və kol-kosdan ibarət sahədə baş vermiş yanğın daha geniş əraziyə
yayılmasına imkan verilmədən söndürülüb.
Yaxınlıqdakı yaşayış evləri və meşə zolağı yanğından mühafizə
olunub.

