
Putin sülhə məcbur ediləcək.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
O, Rusiyanın silah etmək qabiliyyətinin hədəfə alınacağını vurğulayıb.
Zelenski güclü Ukrayna ordusunun təhlükəsizlik zəmanətində əsas rol oynayacağını qeyd edib.
Ukrayna lideri ölkəsinin təhlükəsizliyi üçün müəyyən bir fikir bazası mövcud olduğunu və bununla əlaqədar sənədlərin hazırlandığını bildirib.