
Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislava şəhərində cüdo üzrə gənclər
arasında Avropa çempionatına davam edir.
Trend xəbər
verir ki, final görüşündə Azərbaycan təmsilçisi Məhəmməd Musayev (
57 kiloqram) fransalı Aleksis Renard ilə qarşılaşıb.
Görüşdən qələbə ilə ayrılan idmançımız qızıl medalın sahibi
olub.
Daha əvvəl 60 kiloqram çəkidə çıxış edən Nihad Məmişov italiyalı
Françesko Sampinonu üstələyərək qızıl medal əldə edib.
Qeyd edək ki, Avropa çempionatına sentyabrın 7-də yekun
vurulacaq.

