Levandovski 100 milyon avroluq təklifi rədd etdi

Baş səhifə

Bakı. Trend:

“Barselona”nın hücumçusu Robert Levandovski Səudiyyə
Ərəbistanında oynamaqdan imtina edib. Asiya ölkəsinin klublarından
biri polşalı forvarda cəlbedici təklif göndərib.

Trend xəbər
verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.




Ərəblər Levandovskiyə illik 100 milyon avro maaş təklif edib. 37
yaşlı futbolçu bu təklifi rədd edib. O, Avropada qalmağa üstünlük
verib.

Qeyd edək ki, “Barselona” Robert Levandovskini 2022-ci ilin
yayında “Bavariya”dan transfer edib. Polşa millisinin üzvü ötən
mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi
matçda 42 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla
müqaviləsi gələn ilin yayında başa çatır.