Avropa Rusiyadan neft almağı dayandırmalıdır – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Parisdə “Könüllülər koalisiyası”nın
iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib ki,
ölkələr Rusiyadan neft almağı dayandırmalıdır.

Trend xəbər
verir ki, bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat
yayıb.




“Fransa Prezidenti Emmanuel Makron və Avropa liderləri görüş
zamanı Prezident Trampa zəng ediblər. Tramp söhbət zamanı Avropanın
Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayıb” – məlumatda
qeyd olunur.

ABŞ Prezidenti vurğulayıb ki, Avropa liderləri Rusiya ilə
ticarət əlaqələrini saxlamaq üçün Çinə iqtisadi təzyiq
göstərməlidirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir