Konor Makqreqor prezidentliyə namizədliyini irəli sürmək üçün xalqa müraciət edib

Baş səhifə

Bakı. Trend:

İki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor
İrlandiya xalqını onun prezidentliyə namizədliyini dəstəkləməyə
çağırıb.

Trend xəbər verir
ki, Makqreqor bu məqsədlə sosial media hesabında növbəti
müraciətini yayımlayıb.




O, çıxışında ölkədə əsl dəyişiklik vaxtının çatdığını bildirib:
“Prezident kimi xalq tərəfindən təsdiqlənməyən heç bir qanunu
imzalamayacağam. Əgər mənim adımı prezidentliyə namizədlərin seçki
bülletenində görmək istəyirsinizsə, bu gün yerli şəhər şuranızla
əlaqə saxlayın və mənim namizədliyimi irəli sürmələrini xahiş
edin”, – deyə Makqreqor qeyd edib.

O, şəhər şuralarının ölkə həyatında mühüm rol oynadığını
vurğulayıb və vətəndaşları dərhal hərəkətə keçməyə çağırıb.