
Bakı. Trend:
Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkədə Ebola
virusunun yenidən yayıldığını açıqlayıb.
Trend xəbər verir
ki, bu barədə Actu30 portalı məlumat yayıb.
Rəsmi açıqlamaya görə, Bulape və Mveka dairələrində 28 yoluxma
halı qeydə alınıb, onlardan 15 nəfərin həyatını xilas etmək mümkün
olmayıb.
Qeyd olunur ki, Ebola virusu əvvəlcə vəhşi heyvanlardan
insanlara keçir, daha sonra isə insanlar arasında sürətlə
yayılır.