ABŞ ölkələrə xəbərdarlıq etdi

Baş səhifə

ABŞ Dövlət katibi Marko Rubio müttəfiq ölkələrə Fələstin dövlətini tanımaq planlarının böyük problemlər yaradacağı barədə xəbərdarlıq edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, bu, irəliyə doğru yol deyil və Qəzzada atəşkəs əldə etməyi çətinləşdirəcək.

O, bu addımları saxta və qeyri-real adlandıraraq Fransanın Fələstin dövlətini tanıyacağına dair bəyanatından sonra HƏMAS-ın danışıqlardan uzaqlaşdığını deyib.

“Bəzən bilirsiniz, onlar qulaq asmır və öz daxili siyasətlərinə görə istədiklərini edirlər. Ancaq nəticələr də budur”, – deyə Rubio əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir