DÇ-2026-nın Avropa zonası seçmə mərhələsinə start verilib

Baş səhifə

Bakı. Trend:

Dünya Çempionatı 2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
oyunlarına start verilib.

Trend xəbər verir
ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.

A qrupunda Almaniya millisi səfərdə Slovakiyanın qonağı olub və
görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.




E qrupunda İspaniya Bolqarıstanı 3:0 hesabı ilə məğlub edib.
Türkiyə millisi isə Gürcüstanın qonağı olub və qarşılaşmanı 3:2
hesabı ilə qazanıb.

Qazaxıstan – Uels 0:1
Litva – Malta 1:1
Gürcüstan – Türkiyə 2:3
Lixtenşteyn – Belçika 0:6
Hollandiya – Polşa 1:1
Bolqarıstan – ispaniya 0:3
Lüksemburq – Şimali İrlandiya 1:3
Slovakiya – Almaniya 2:0