
Bakı. Trend:
İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalettinin
karyerasını “Fənərbaxça”da davam etdirmək ehtimalı var.
Trend xəbər verir
ki, bu barədə SportMediaset məlumat yayıb.
Baş məşqçi postu üçün digər namizədlər “Milan”ın keçmiş
çalışdırıcısı Serxio Konseysao və “Tottenhem Hotspur”un sabiq baş
məşqçisi Anjelos Postekoqloudur.
Qeyd olunur ki, “Fənərbaxça”da yaxın vaxtlarda keçiriləcək
prezident seçkilərinin nəticələri yeni baş məşqçinin kim olacağını
müəyyənləşdirəcək. Klub rəhbəri postuna namizədlərdən biri Sadettin
Saran Konseysaonun variantını dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl “Fənərbaxça”nın baş məşqçisi Joze
Mourinyo olub. Hazırda İstanbul təmsilçisi Türkiyə çempionatının
turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.