
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adının
Müharibə Departamenti kimi dəyişdirilməsi ilə bağlı sərəncam
imzalamağa hazırlaşır.
Trend xəbər verir
ki, bu barədə Fox News Digital məlumat yayıb.
Sərəncama əsasən, “Müharibə Departamenti” Müdafiə
Departamentinin əlavə adı kimi istifadə ediləcək və hazırkı nazir
Pit Heqset “Müharibə katibi” titulunu da daşıya biləcək.
Bundan başqa, sənəddə Heqsetə departamentin adının daimi şəkildə
“Müharibə Departamenti” olaraq dəyişdirilməsi üçün həm
qanunvericilik, həm də icraedici tədbirlər üzrə təkliflər
hazırlamaq tapşırılır.