Tailandda yeni baş nazir seçkiləri üçün parlament sessiyası keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Tailand Milli Assambleyasının Nümayəndələr Palatası (aşağı
palata) yeni baş nazirin təsdiqlənməsi üçün xüsusi sessiya
çağırıb.

Trend xəbər verir
ki, baş nazir postu uğrunda iki namizəd mübarizə aparır –
“Pxumçaytxay” Partiyasının lideri Anutin Çanvirakun və “Pxıa Txay”
Partiyasından Çaykasem Nitisiri.




Konstitusiyaya əsasən, Tailandın 32-ci baş naziri açıq səsvermə
ilə seçiləcək. Nümayəndələr Palatasının sədri Van Muhamad Nor Matha
deputatları əlifba sırası ilə fərdi şəkildə çağıraraq səsverməni
təşkil edəcək.

Qələbə qazanmaq üçün namizəd ən azı 247 səs toplamalıdır.