Co Bayden dəri xərçəngi səbəbindən əməliyyat olunub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Co Bayden dəri xərçəngi hüceyrələrinin
çıxarılması üçün daha bir əməliyyat keçirib.

Trend xəbər verir
ki, Baydenə dəri xərçənginin ən çox rast gəlinən formalarının
müalicəsində tətbiq edilən Mohs əməliyyatı icra olunub. Onun
prosedurdan sonra vəziyyətinin stabil olduğu və yaxşılaşdığı
bildirilib.

Əməliyyatın dəqiq tarixi açıqlanmasa da, ötən ay Baydenin
başında böyük tikişlərin göründüyü fotolar mətbuatda dərc
edilmişdi.




Xatırladaq ki, 2023-cü ilin martında Bayden bədxassəli dəri
lezyonunun çıxarılması üçün əməliyyat olunmuşdu. Bu il isə keçmiş
prezidentə sümüklərə yayılmış aqressiv prostat xərçəngi diaqnozu
qoyulub.

Mövcud prezident Donald Tramp isə Baydenin diaqnozunun indi
açıqlanmasına şübhə etdiyini, mümkün ört-basdırdan danışaraq, eyni
zamanda siyasi rəqibini dəstəklədiyini bəyan edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir