Venesuela narkotik tranzitini tamamilə bağlayacaq – Maduro

Baş səhifə

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ölkə ərazisində koka
plantasiyalarının və narkotik laboratoriyalarının olmadığını, yaxın
gələcəkdə isə narkotik tranzitinin tamamilə dayandırılacağını
açıqlayıb.

Trend xəbər verir
ki, dövlət başçısı bu barədə “Venezolana de Televisión”
telekanalının efirində bildirib.

“BMT-nin və bir sıra ölkələrin ekspert yoxlamasından keçən
hesabatlarına görə, Venesuela ərazisi koka plantasiyalarından və
kokain laboratoriyalarından azaddır. Biz tezliklə narkotiklərin
tranzitini tamamilə bağlayacağıq”, – Maduro vurğulayıb.




Onun sözlərinə görə, hazırda Cənubi Amerikadan gələn kokainin 87
faizi Kolumbiya, Ekvador və Perudan Sakit okean istiqamətində, 8
faizi Kolumbiyanın La Quajira departamentinin Karib sahilləri ilə,
cəmi 5 faizi isə Venesuela üzərindən daşınmağa cəhd edilib. Bu
marşrut üzrə narkotiklərin 70 faizi ələ keçirilib.

Maduro həmçinin bildirib ki, son illərdə narkotik ticarəti üçün
istifadə edilən 402 təyyarə zərərsizləşdirilib və yaxın vaxtlarda
ölkənin üzərindən tranzitin tamamilə qarşısı alınacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir