
Bakı. Trend:
ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhə
altına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000
dollara qədər yüksələ bilər.
Trend xəbər verir ki, bu proqnozu Goldman Sachs bankı “Bloomberg” agentliyinə açıqlayıb.
Analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulması
inflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə də
dolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər.
Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçün
daha cəlbedici qənaət vasitəsinə çevriləcək.
Xatırladaq ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FED
rəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib.
Hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti
3 500 dollardan artıqdır.