Fond bazarlarında əsas indekslərdə artım müşahidə edilib

Baş səhifə

Sentyabrın 4-də ABŞ və Avropa birjalarında əsas indekslərdə artım müşahidə edilib.

APA-Economics” xəbər verir ki, Dow Jones 0,77% artaraq 45 621,29 bənd olub. S&P 500 0,83% yüksələrək 6 502,08 bənd, Nasdaq Composite 0,98% artımla 21 707,69 bəndə, NYSE Composite 0,71% artaraq 21 157,93 bəndə və S&P/TSX Composite isə 0,57% artımla 28 915,89 bəndə çatıb.

Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. Euro Stoxx 50 0,41% artaraq 5 346,71 bənd, FTSE 100 0,42% artaraq 9 216,87 bənd, DAX 0,74% artaraq 23 770,33 bənd olub. IBEX 35 də 0,87% artaraq 14 918,30 bəndə yüksəlib. Yeganə geriləmə CAC 40-da qeydə alınıb – indeks 0,27% azalaraq 7 698,92 bənd təşkil edib.

Birjalardakı artıma əsasən texnologiya və enerji şirkətlərinin səhmlərinə marağın yüksəlməsi, həmçinin ABŞ-da iqtisadi artım və istehlakçı xərcləri ilə bağlı müsbət gözləntilər səbəb olub. Avropada isə inflyasiya təzyiqlərinin nisbətən zəifləməsi və faiz dərəcələrinin sabit qalacağına dair proqnozlar indeksləri dəstəkləyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir