
Bakı. Trend:
TƏBİB tərəfindən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City
Circuit) tərəfindən təşkil olunan 2025-ci il Formula-1 Azərbaycan
Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi xidmətin
göstərilməsi təşkil olunacaq.
Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, 18-21 sentyabr 2025-ci il tarixlərində Formula-1
yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə
Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və
tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.
Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər
Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi
və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar
verilib.
Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və
dərman vasitələri ilə təmin olunacaq.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb
işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
Qeyd edək ki, TƏBİB 6 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat
Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu
əməkdaşlıq edir.