Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”
nüfuzlu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Müsabiqəsinin (ICPC) 49-cu dünya finalının Bakıda keçirilməsinə
tərəfdaşlıq edib.
Mərkəzi Bankın tərəfdaşlığı, ICPC Fondunun təşkilatçılığı, ADA
Universitetinin ev sahibliyi, İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyi və “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, eləcə
də “PASHA Holding”in dəstəyi çərçivəsində Bakıda ilk dəfə keçirilən
ICPC dünya finalı ölkəmizin texnoloji inkişafında mühüm hadisə
hesab olunur. “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı texnologiya
şirkətlərinin nümayəndələri də dünya finalında iştirakla əlaqədar
Bakıda bir araya toplaşıblar. ICPC proqramlaşdırma sahəsinin
inkişafı, gənclərin bu sahəyə marağının artırılması və qlobal
miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət daşıyır.
Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak
edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız
bir komanda ilə təmsil olunub. Bu il isə ilk dəfə olaraq
Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft
Məktəbinin iki komandası təmsil edir.
Qeyd edək ki, innovasiya və gənclərin peşəkar inkişafı
istiqamətləri “PAŞA Bank”ın Korporativ Sosial Məsuliyyət
siyasətində xüsusi yer tutur. Ölkənin texnoloji potensialına, həm
də gənc nəslin bilik və bacarıqlarının inkişafına töhfə verən “PAŞA
Bank”ın bu kimi beynəlxalq tədbirlərdə iştirakı uzunmüddətli
hədəflərdə prioritet kimi müəyyənləşdirilib.
Azərbaycan 2004-cü ildən ICPC-nin regional turlarında iştirak
edir. Bu günə qədər ölkəmiz finalda iştirak hüququ qazanmış yalnız
bir komanda ilə təmsil olunurdu. Bu il isə ilk dəfə olaraq
Azərbaycanı dünya finalında ADA Universiteti və Bakı Ali Neft
Məktəbinin iki komandası təmsil edir.
Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən aparıcı
universitetlərin ən güclü komandaları qatılıb. Ümumilikdə ICPC-nin
rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən 3 min 500-ə yaxın
universiteti təmsil edən 50 mindən çox tələbə-proqramçı mübarizə
aparır. 49-cu dünya finalında isə 70 ölkədən 140 ali təhsil
müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə
olmaqla) iştirak edir. “OpenAI”, “Google”, “Huawei” kimi aparıcı
texnoloji şirkətlərin də nümayəndələri dünya finalında iştirakla
əlaqədar Bakıda bir araya toplaşıblar. ICPC proqramlaşdırma
sahəsinin inkişafı, gənclərin bu sahəyə marağının artırılması və
qlobal miqyasda tanınması istiqamətində mühüm əhəmiyyət
daşıyır.