“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Baş səhifə

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”
xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam
etdirilir.

Trend xəbər
verir ki, Fərmanın tələblərinə uyğun olaraq “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na
köçürüb.

İdarə informasiya sistemləri və ehtiyatlarını qismən
“AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə
yerləşdirib.




“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi isə Virtual server – IaaS
(Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və
əlçatan İT infrastrukturu əldə edib.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi AZCON Holding
şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir.
Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas
və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası
həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri
azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə
saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7
rejimində monitorinq xidmətinə nail olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir