“Qalatasaray” Çalhanoğlu barədə qərar verdi

Baş səhifə

“Qalatasaray”ın istədiyi Hakan Çalhanoğlu ilə bağlı yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin “Qalatasaray” üzrə müxbiri Nevzat Dindar açıqlama verib. O, “Şərtlər formalaşmayıb. “İnter” 30 milyon avro tələb edir, amma “Qalatasaray” bunu indi təklif edə bilməz. “Qalatasaray”ın hazırda prioriteti fərqlidir. Gələcəkdə yenidən nəzərdən keçirilə bilir, lakin hazırda uyğun zəmin yoxdur. Hakan Çalhanoğlu özü bu zəmin yaratmağa çalışacaq” – deyə bildirib.

Qeyd edək ki, Hakan Çalhanoğlunun “Qalatasaray”a transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir