Messi vida matçında dubl edib

Baş səhifə

Bakı. Trend:

Argentinanın futbol üzrə milli komandası 2026-cı il dünya
çempionatının seçmə mərhələsində Venesuela komandası üzərində
qələbə qazanıb. Bu matçın Messinin futbol karyerasında yığmada
oynayacağı son oyun olduğu bildirilir.

Trend xəbər verir
ki, Buenos Ayresdə keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.

Hesabı Lautaro Martines açıb, daha sonra Lionel Messi dublunu
rəsmiləşdirib — bu, onun yığmanın heyətində vurduğu 113-cü və
114-cü qollarıdır. Messi het-trik də edə bilərdi, lakin 89-cu
dəqiqədə vurduğu qol ofsayd səbəbindən hakim tərəfindən ləğv
edilib




“Burada bu şəkildə sona çatdırmaq mənim hər zaman arzum olub, bu
meydanda çox şeylər yaşamışam – həm yaxşı, həm də o qədər də yaxşı
olmayan. Amma Argentinada, azarkeşlərimizin qarşısında oynamaq
həmişə mənə böyük şövq gətirib.”,-deyə Messi bildirib.

Əvvəllər 38 yaşlı Messi bu qarşılaşmanın onun vətəndə milli
komanda ilə çıxış etdiyi son oyun ola biləcəyini söyləmişdi.
Görüşdən əvvəl azarkeşlər tribunada “Hər şeyə görə təşəkkürlər,
kapitan” yazılmış banner açdılar. Messinin oyunöncəsi meydana
çıxarkən oğlanları — Tyaqo, Mateo və Çiro da onunla birgə idi.
Onlar ataları ilə birlikdə Argentina və Venesuela himnlərinin
səsləndirilməsi zamanı meydanda olublar.

Qeyd edək ki, Messinin vida matçını seyr etmək üçün Buenos
Ayresın arenasına 85 minə yaxın azarkeş toplanıb.