İçərişəhərdə yeni xidmət mərkəzi fəaliyyətə başladı

Baş səhifə

Bakı. Trend:

İçərişəhər sakinlərinin rahatlığını təmin etmək məqsədilə, Böyük
Qala küçəsi 41 ünvanında yeni Xidmət Mərkəzi fəaliyyətə
başlayıb.

Trend
xəbər verir ki, Mərkəz İçərişəhər sakinlərinə bir pəncərə prinsipi
əsasında müxtəlif dövlət xidmətləri təqdim edir.

Burada sənəd qəbulundan tutmuş, müxtəlif sənədlərin
rəsmiləşdirilməsi, sosial və hüquqi xidmətlərə qədər geniş bir
xidmət çeşidi təqdim edilir.




Yeni yaradılan bu mərkəzin əsas məqsədi sakinlərin zamanına
qənaət edərək operativ və effektiv xidmətlərin göstərilməsini təmin
etməkdir. Mərkəz, həmçinin, şəffaflığın artırılması və vətəndaş
məmnunluğunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılmasına
şərait yaradır.

Xidmət Mərkəzi həftə içi hər gün, saat 09:00-dan 18:00-a qədər
fəaliyyət göstərir.

Əlaqə üçün telefon 492-11-75