Ombudsman Bakıda saxlanılan Rusiya vətəndaşlarının ailə üzvlərini qəbul edib

Baş səhifə

Bakı. Trend:

Ombudsman Bakıda saxlanılan Rusiya vətəndaşlarının ailə üzvləri
ilə görüşüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından bildirilib.




Qeyd edilib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil
(Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə bu məsələ Milli
preventiv qrupun nümayəndələrinin nəzərində saxlanılır.

“Bu qrup onların ailə üzvlərini aparatda qəbul edir, daxil olan
müraciətlərə vaxtında və qanunvericilik çərçivəsində baxılır və
icazə verilir, lazım olduqda yardım göstərilir. Onların yaxınları
ilə növbəti görüşü bu günlərdə keçirilib”, – Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatından əlavə
edilib.

Xatırladaq ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı
filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və
şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30
iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin
Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai
Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri
seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir