“Tərtər işi” ilə bağlı ittiham olunan daha bir qrup şəxs barəsində qərar verildi

Baş səhifə

Bakı. Trend:

“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət
işi üzrə zərərçəkmiş tərəfin hökmdən kassasiya şikayəti üzrə
məhkəmə prosesi keçirilib.

Trend xəbər
verir ki, Ali Məhkəmədə hakim keçirilən prosesdə zərərçəkmiş
şəxslər verilmiş cəzadan narazı olduqlarını və cəzanın
ağırlaşdırılmasını istəyib.

Məhkəmə qərar qəbul edib.

Qərara əsasən, zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.




Qeyd edək ki, Bakı Hərb Məhkəməsinin hökmünə əsasən, Ramil
Əhmədov 9 il 6 ay, Fuad Ağayev 13 il, Fuad Axundov 9 il 6 ay, Cavid
Ağadadaşov 4 il, Qurban Cümşüdov 4 il müddətə azadlıqdan məhrum
etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə
bağlı qərarlar qəbul edilib. İstintaq zamanı ayrı-ayrı hərbi
qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum
edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr
müəyyən edilmiş onlarla şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz
azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza),
341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən
sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham irəli
sürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir