Ukrayna və Slovakiyanın Azərbaycandakı səfirləri Kiyevə dəstəyi müzakirə ediblər

Baş səhifə

Ukrayna və Slovakiyanın Azərbaycandakı səfirləri görüş keçirib.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri Yuri Husyev özünün “X” hesabında məlumat verib.

“Bu həftə Ukraynanın Azərbaycandakı səfirliyində Slovakiya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Qasımov Elçini qarşıladım. Biz Ukraynaya dəstəyi və əməkdaşlığımızın gücləndirilməsini müzakirə etdik. Konstruktiv dialoqa görə təşəkkür edirəm” Yuri Husyev qeyd edib.