
Bakı. Trend:
Gürcüstan prezidenti Mixail Kavelaşvili müxalifət partiyası
“Güclü Gürcüstan – Lelo”nun liderləri Mamuka Xazaradze və Badri
Caparidzeni əfv edib.
Trend xəbər verir
ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Bələdiyyə orqanlarına seçkilərin məhdud rəqabət şəraitində
keçirildiyini düşünmək üçün heç kəsdə əsas qalmasın deyə, mən iki
məhbusu – Mamuka Xazaradze və Badri Caparidzeni əfv etməyi qərara
aldım”, – deyə Kavelaşvilinin bəyanatında deyilir.
Gürcüstan prezidentinin qeyd etdiyinə görə, 4 oktyabrda
keçiriləcək bələdiyyə seçkiləri üçün seçki subyektlərinin
qeydiyyatı prosesi başa çatıb. Qeydiyyata alınan partiyalar
arasında liderləri həbsdə olan bir siyasi qurum – “Güclü Gürcüstan
– Lelo” da var. Eyni zamanda, Kavelaşvili yazır ki, seçkilər
“cinayət törədən heç bir siyasətçi üçün indulgensiyaya
çevrilməməlidir”.

