Çin eksperimentlər üçün nəzərdə tutulan süni peykini orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Çin kosmik məkanı müşahidə etmək və texnoloji eksperimentlər
aparmaq təyinatı olan “Shiyan-29” süni peykini uğurlu şəkildə
orbitə çıxarıb.

Trend xəbər verir
ki, bu barədə Çin Aerokosmik Elm və Texnika Korporasiyası məlumat
yayıb.




Buraxılış Pekin vaxtı ilə saat 10:34-də (Bakı vaxtı ilə 06:34)
ölkənin cənub-qərbində, Sıçuan əyalətində yerləşən Siçan
kosmodromundan həyata keçirilib. Peykin orbitə çıxarılması üçün
CZ-3C/YZ-1 raket daşıyıcısından istifadə olunub. “Çançjen” (“Uzun
yürüş”) seriyasına aid bu buraxılış sayca 592-ci olub.

Dörd mərhələli CZ-3C/YZ-1 raketinin örtük diametri 4,2 metr,
ümumi uzunluğu isə 55,6 metrdir. O, yerətrafı orbitə 7,5 tonadək
faydalı yük çıxarmaq imkanına malikdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir