Azərbaycan “KazBuild 2025” sərgisində iştirak edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan Respublikasının Almatı şəhərində “KazBuild 2025” –
31-ci Qazaxıstan Beynəlxalq Tikinti və İnteryer Sərgisi
keçirilir.

Trend
xəbər verir ki, üç gün davam edən sərgidə İqtisadiyyat Nazirliyinin
dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin –
AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 8 şirkəti məhsullarını
“Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.

Stenddə tikinti materialları, qoruyucu işçi ayaqqabıları,
boyalar, su filtrləri, tikinti kimyəviləri və digər məhsullar
nümayiş olunur. Sərgi ziyarətçilərinə Azərbaycan məhsullarının
keyfiyyətini, istehsal texnologiyalarını və ixrac imkanlarını əks
etdirən tanıtım videoçarxları və məlumatlar təqdim edilir.




Sərgi çərçivəsində yerli şirkət nümayəndələri ilə xarici
tərəfdaşlar arasında işgüzar müzakirələr keçirilir, mümkün
əməkdaşlıq istiqamətləri və ixrac perspektivləri ətrafında
danışıqlar aparılır.

Qeyd edək ki, “Made in Azerbaijan” stendi sərginin
təşkilatçıları tərəfindən “Ən yaxşı kollektiv ekspozisiya”
nominasiyası üzrə qalib elan edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir