ABŞ narkokartellərlə mübarizə üçün Karib dənizi hövzəsinə çox sayda qırıcı göndərir

Baş səhifə

Bakı. Trend:

ABŞ Karib dənizinin cənub bölgəsində narkokartellərlə mübarizə
məqsədilə Puerto-Rikoya on ədəd F-35 qırıcısı göndərəcək.

Trend xəbər
verir ki, bu haqda “Reuters” öz mənbələrinə istinadən yazır.




Mənbələrin bildirdiyinə görə, qırıcılar artıq gələn həftə
təyinat nöqtəsinə yollanacaqlar. O da qeyd olunur ki, artıq
Amerikanın yeddi döyüş gəmisi və bir sürətli atom sualtı qayığı
sözügedən bölgədədir. Ümumi şəxsi heyəti 4,500 nəfərdən çoxdur.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp öz “Truth Social”
sosial şəbəkə hesabında amerikalı hərbçilərin beynəlxalq sularda
Venesuelanın “Tren de Aragua” narkokartelinin 11 üzvünü
zərərsizləşdirdiyini bəyan etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir