
Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan
Ağdam Sənaye Parkının rezidenti “Bafco İnvest” MMC Qazaxıstanın
paytaxtı Almatı şəhərində keçirilən 31-ci Qazaxıstan Beynəlxalq
İnşaat və İnteryer Sərgisi – “KazBuild 2025” sərgisində iştirak
edir.
Trend
xəbər verir ki, iştirakçılar tərəfindən maraqla qarşılanan sərgidə
şirkətin istehsal etdiyi premium işçi ayaqqabılarının yeni
modellərinə dair nümunələr nümayiş etdirilir.
“KazBuild” sərgisi inşaat sektoru üzrə regionun ən böyük və
nüfuzlu tədbirlərindən biridir. Bu il sərgidə 23 ölkədən 401
iştirakçı, Almaniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan,
Rusiya, İran kimi ölkələrin aparıcı istehsalçıları yer alır. Sərgi
sentyabrın 5-də başa çatacaq.
Qeyd edək ki, “Bafco Invest” MMC Ağdam Sənaye Parkında qoruyucu
işçi ayaqqabı və poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.

