Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə verilib

Baş səhifə

Bakı. Trend:

Kliniki Tibbi Mərkəzdə elektron növbə sistemi istifadəyə
verilib.

Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, tibb müəssisələrində göstərilən xidmətlərin
müasir standartlara uyğunlaşdırılması, əhalinin səhiyyə
xidmətlərindən daha sürətli və rahat şəkildə istifadə etməsi
məqsədilə TƏBİB tərəfindən bir sıra yeniliklər həyata
keçirilir.

Bu yeniliklərdən biri də xəstəxanalarda elektron növbə
sisteminin qurulması və bu sistemin bütün ölkə üzrə işlək vəziyyətə
gətirilməsidir.




Kliniki Tibbi Mərkəzdə (KTM) bundan sonra əhaliyə göstərilən
xidmətlər elektron növbə sistemi əsasında həyata keçiriləcək.
Mərkəzə gələn vətəndaşlar 2 və 3-cü korpuslarda quraşdırılmış
elektron növbə monitorlarından növbə götürməklə xidmətlərdən
istifadə edəcəklər.

Bu proses tibb müəssisəsində mərhələli şəkildə həyata keçirilir.
Növbəti mərhələdə KTM-in tabeliyində fəaliyyət göstərən modul tipli
xəstəxanada, təmir prosesi yekunlaşdıqdan sonra isə 1-ci korpus
(Poliklinika) və eləcə də digər korpuslarda tətbiq olunması nəzərdə
tutulub.

Qeyd edək ki, tibbi xidmətlərin elektron növbə sistemi prinsipi
əsasında təşkili əhalinin bərabər və fasiləsiz şəkildə tibbi
yardımdan faydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün
daha əlçatan olmasına şərait yaradır.