
Bakı. Trend:
Bakı şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin
hərəkəti qismən məhdudlaşdırılacaq.
Trend
xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı
şəhərinin bəzi yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti
qismən məhdudlaşdırılacaqdır (tam bağlanma nəzərdə tutulmur):
“7 sentyabr 2025-ci il tarixindən etibarən, təmir işləri başa
çatanadək Nərimanov rayonu, Xətai prospektinin Mirəli Qaşqay
küçəsindən Nurəddin Süleymanov küçəsinədək olan hissəsində;
7 sentyabr 2025-ci il, saat 07:00-dan 22:00-dək Nəsimi rayonu,
Rövşən Cəfərov küçəsinin yan yolunda (20 Yanvar dairəsindən 3-cü
mikrorayon dairəsi istiqamətində).
Bu səbəbdən, sürücülərdən parılan işlərə anlayışla yanaşmaları,
göstərilən ərazilərdə hərəkət zamanı ehtiyatlı olmaları, müvəqqəti
yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi
riayət etmələri, imkan daxilində alternativ marşrutlara üstünlük
vermələri xahiş olunur.
Yaranan müvəqqəti narahatlığa görə üzr istəyir, anlayışınız üçün
təşəkkür edirik”.