
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri artıq Qəzzada çoxmərtəbəli binalara
zərbələr endirməyə başlayıb.
Trend xəbər
verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl irimiqyaslı hücumun bir neçə gün ərzində
başlanacağı bildirilirdi.
xxx
15:04
İsrailli ordusu yaxın zamanda Qəzza şəhərindəki çoxmərtəbəli
binalara sistematik zərbələr endirəcək.
Trend xəbər verir
ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti elan
edib.
“Yaxın günlərdə İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində
terrorçuluq infrastrukturuna – kameralara, komanda-müşahidə
məntəqələrinə, snayper və tank əleyhinə atəş mövqelərinə, nəzarət
və komanda komplekslərinə çevrilmiş binalara hücumlara başlayacaq”,
– deyə bəyanatda qeyd olunur.
Mətbuat xidməti qeyd edir ki, irimiqyaslı hücum əməliyyatı
ərəfəsində Qəzzada HƏMAS hərəkatının hərbi qanadına aid
birləşmələrin fəaliyyəti ilə bağlı geniş miqyasda məlumatlar
toplanıb.
Nəticədə, Qəzza şəhərinin müxtəlif infrastruktur obyektlərində
ələlxüsus çoxmərtəbəli binalarda HƏMAS-ın yüksək aktivliyi müəyyən
edilib.