“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sərfəli xidmətləri ilə tanınan “Nar” “Hüquqlarınla parla!”
layihəsinə dəstək oldu. Layihə uşaq hüquqlarını uşaqlara tanıtmaq
və onların sağlam inkişafını təmin etmək məqsədilə təşkil
olunub.

“Hüquqlarınla parla!” layihəsi çərçivəsində Bakı məktəblərində
keçirilən görüşlərdə şagirdlər üçün təhlükəsiz internet mühitinin
hüquqi aspektləri, zərərli vərdişlərdən qorunma yolları, sağlam
həyat tərzinin önəmi və kibertəhlükəsizlik mövzularında interaktiv
təlimlər keçirilib. Sonda təlim iştirakçıları imtahanda iştirak
edərək öyrəndikləri bilikləri praktiki şəkildə tətbiq ediblər.

“Korporativ sosial məsuliyyət strategiyamızın təhsil
istiqamətinə uyğun olaraq, uşaqların öz hüquqlarını tanımasını və
təhlükəsiz mühitdə böyüməsini vacib hesab edirik. Bu təşəbbüs də
şagirdlərə cəmiyyətimizin fəal üzvünə çevrilmək üçün zəruri olan
bilik və bacarıqları qazandırır”, – deyə “Nar”ın İctimaiyyətlə
əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə
Kərimova bildirib.




Qeyd edək ki, “Hüquqlarınla parla!” təşəbbüsü “Nar” və Regional
İnkişaf İctimai Birliyinin (RİİB) əməkdaşlığı nəticəsində ərsəyə
gəlib. Mobil operator tərəfdaşları ilə birgə təhsildə əlçatanlığı,
bərabər imkanların yaradılması və inklüziv cəmiyyət
istiqamətlərində davamlı sosial layihələr həyata keçirir.

Nar.az saytına daxil olaraq mobil
operatorun həyata keçirdiyi sosial layihələr haqqında məlumat ala
və əməkdaşlıq üçün müraciət edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir