
Böyük Britaniyada II Elizabetin gəlini, Kent hersoginyası Ketrin 92 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Bukingem Sarayı bəyanat məlumat yayıb .
“Bukingem Sarayı Əlahəzrət Kent hersoginyasının vəfatını dərin hüznlə elan edir”, – sarayın bəyanatında deyilir.
Qeyd olunur ki, Kent hersoginyası sentyabrın 5-nə keçən gecə ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmır.
Xatırladaq ki, II Elizabeti 2022-ci ilin sentyabrın 8-də 96 yaşında vəfat edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.