Rusiya Avropa paytaxtlarını hədəfə alır

Baş səhifə

Xarici qoşunların Ukraynada görünməsi bu ölkələrin hərbi əməliyyatlara tam şəkildə daxil olması deməkdir və cavab sərt olacaq”.

Metbuat.az xəbər verir ki, bu fikri Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev deyib.

“Üstəlik onu da əlavə edərdim ki, hər hansı xarici qoşunların Ukraynada peyda olması təkcə bölmələrin özlərini deyil, həm də onları göndərən dövlətlərin paytaxtlarını Rusiya ordusu üçün qanuni hədəfə çevirir. Bu, müharibəyə tamhüquqlu daxil olmaq deməkdir və cavab dərhal və sərt olacaq. Ümid edirəm ki, Avropa bunu çox gözəl başa düşür. Buna görə də onlar cəbhəyə faktiki olaraq legitimlik nümayiş etdirirlər. Biz onları hər fürsətdə məhv edirik – fransızları, polyakları, almanları, amerikalıları. Amma nizami birliklər və rəsmi qərar yenə də qarşıdurmanın yeni səviyyəyə keçməsi üçün səbəb olacaq”, – Juravlev deyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir