Apellyasiya komissiyası fəaliyyətə başlayacaq – BŞTİ

Baş səhifə

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi
təhsil müəssisələrinə kitabxana müdiri/ kitabxanaçı vəzifəsinə işə
qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı
Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər
8 sentyabr 2025-ci il tarixində saat 14:30-16:30 aralığında BŞTİ-yə
yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər.




Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi),
təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən
sənədləri özü ilə gətirməsi vacibdir.

Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat
onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə
göndərilib.