“PAŞA Holding” 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Bakıda keçirilən dünya finalının “Platin” sponsoru oldu (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışması hesab olunan ICPC
2025 Dünya Finalı – “ICPC Foundation” təşkilatçılığı və ADA
Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi
Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə
“ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, “Huawei”, “Google
Deep Mind”, “Open AI”, “JetBrains” kimi qlobal lider texnologiya
şirkətlərinin dəstəyi, eləcə də “PAŞA Holding”in sponsorluğu ilə
Bakı şəhərində 31 avqust – 4 sentyabr 2025-ci il tarixlərində baş
tutub. Sözügedən tədbirdə “PAŞA Holding”in törəmə şirkətləri olan “PAŞA Bank”, “Kapital Bank”, “PAŞA Sığorta” və “PAŞA Həyat”
şirkətləri ilə təmsil olundu.

Qeyd edək ki, Beynəlxalq Universitetlərarası Proqramlaşdırma
Müsabiqəsi (ICPC) dünyanın müxtəlif universitetlərindən olan
tələbələr üçün nəzərdə tutulmuş qlobal alqoritmik proqramlaşdırma
yarışıdır. Üç nəfərlik komandalar 5 saat ərzində çətin və real
dünya problemlərini həll etməyə çalışaraq yaradıcılıq, komanda işi
və problem həll etmə bacarıqlarını sınayırlar. “ICPC” intensiv və
yüksək səviyyəli rəqabət vasitəsilə informatika sahəsində
innovasiya və mükəmməlliyi təşviq edir. “ICPC” ilk dəfə 1970-ci
ildə Şimali Amerikada yerli səviyyədə təşkil olunub. 1977-ci ildə
isə ilk dəfə dünya çempionatı formatında keçirilib və həmin vaxtdan
etibarən qlobal, çoxmərhələli bir yarışa çevrilib. Bu gün “ICPC”
yerli və regional mərhələlərdən ibarət beynəlxalq bir sistemə
malikdir və hər il “ICPC” Fondunun təşkilatçılığı ilə keçirilən
dünya finalı ilə yekunlaşır.




1 sentyabr 2025-ci il tarixində keçirilən açılış mərasimində “ICPC” Fondunun prezidenti Bil Pouçer builki yarışa 63 294 tələbə,
10 573 məşqçi və köməkçi məşqçinin qatıldığını bildirib. Onlar 3
307 universiteti və 93 şirkəti təmsil edərək yarışların seçim
mərhələlərində iştirak ediblər. Nəticədə dünyanın ən güclü tələbə
proqramçılarından ibarət 140 komanda final mərhələsinə vəsiqə
qazanaraq Bakıya toplaşıb.

“PAŞA Holding”in ICPC 2025 Dünya Finalının Bakıda keçirilən
mərhələsinin “Platin” sponsoru qismində çıxış etməsi, şirkətin
gənclərin inkişafına, innovasiyaların təşviqinə və bilik əsaslı
cəmiyyətin qurulmasına verdiyi önəmi nümayiş etdirir. Dünyanın ən
nüfuzlu proqramlaşdırma müsabiqələrindən birini dəstəkləməklə,
“PAŞA Holding” gələcəyin problemləri həll edə bilən liderlərini və
texnologiya mütəxəssislərini ilhamlandırmağı, eyni zamanda
Azərbaycanın təhsil və rəqəmsal inkişaf sahəsində regional mərkəz
kimi mövqeyini gücləndirməyi hədəfləyir. Bu təşəbbüs şirkətin
gənclərə, innovasiyaya və dayanıqlı inkişafa töhfə vermək
istiqamətində atdığı mühüm addımlardan biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir