
Bakı. Trend:
Fransada polis terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı
gənci saxlayıb.
Trend bu barədə
Fransa KİV-ə istinadən xəbər verir.
Onun İŞİD adından bir neçə obyektə – məktəblərə, səfirliklərə,
KİV-ə qarşı zorakı hərəkətlər planlaşdırdığı güman edilir.
Məlumata görə, yeniyetmə internetdə radikal təbliğatın təsiri
altına düşüb. Həmçinin, bildirilir ki, o, rayon polis şöbələrinə
hücum imkanını da nəzərdən keçirib.
Zərərçəkənin evində aparılan axtarış zamanı ekstremist
qruplaşmaya sədaqət andı aşkarlanıb. Bundan əlavə, mətnin
tərkibində Qəzza sektorundakı silahlı münaqişə və humanitar
vəziyyətə də istinad olunub.

