İsveç xarici işlər naziri Ukraynaya səfər edib

Baş səhifə

İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard Ukraynaya səfər edib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

İsveçli nazir Ujqorod şəhərində Zelenski ilə görüşüb.

Məlumata görə, görüş zamanı müdafiə sahəsində birgə layihələri və Ukraynanın hərbi ehtiyacları müzakirə olunub.

“Ukraynaya yardımın davamı, yeni müdafiə paketinin hazırlanması, PURL təşəbbüsü, Ukrayna səmasının müdafiəsi, dron istehsalına yatırımlar və birgə müdafiə layihələrinin perspektivləri – bütün bu məsələləri ətraflı müzakirə etdik”, – Zelenksi qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir