Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın daha bir boksçusu Liverpulda keçirilən dünya
çempionatına qələbə ilə başlayıb.

Trend xəbər
verir ki, Səidcəmşid Cəfərov ilk döyüşündə rəqibi üstələyib. 75
kiloqramda mübarizə aparan təmsilçimiz 1/16 finalda Qavin
Raffertini (İrlandiya) məğlub edib.

Hər üç raundu aktivinə yazan S.Cəfərov yekunda 5:0 (30:27,
30:27, 30:27, 30:27, 30:26) hesabı ilə qələbə qazanıb.




O, növbəti görüşünü ilk mərhələdən azad olan Dayqo Sunaqaya
(Yaponiya) qarşı keçirəcək.

Qeyd edək ki, döyüş sentyabrın 9-da olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir