
Ağbənd. Trend:
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər uğurla davam
etdirilməkdədir.
Trend-in
Zəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, ümumi
uzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) olan dəmir yolu
xəttinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Belə ki, artıq Horadiz-Ağbənd dəmir yolu xəttinin
layihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faizi
yekunlaşdırılıb.
Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı,
Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşası
nəzərdə tutulub.
Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru,
39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt
keçidin tikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3
ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.
Azərbaycanın ən uzun dəmir yolu tunelinin (1071 metr) inşası da
elə məhz bu layihə çərçivəsində uğurla icra edilməkdədir.
Layihə üzrə görülən işlərlə bağlı fotoreportajı təqdim
edirik:

