
Bakı. Trend:
Oğuz rayonunun Calut kəndində vələs və fıstıq növündən olan 12
ağacın kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları
kəsməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Zamir Həsənov
saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam
etdirilir.

