
Bakı. Trend:
Astara rayonunda baş verən kütləvi zəhərlənmənin səbəblərinin
müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin
regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə
araşdırmalara başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan
bildirilib.
“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”, –
məlumatda deyilir.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, 05.09.2025-ci il
tarixində saat 11:00 radələrindən etibarən müxtəlif
qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər
(9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının
Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri
tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən
pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə
nisbi ağır qiymətləndirilir.