Parisdə Zəngəzur dəhlizi müzakirə edildi

Baş səhifə

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa Prezidenti Emmanuel Makronun kontinental Avropa və Türkiyə məsələləri üzrə müşaviri Bertran Buşvalterlə görüşüb.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş zamanı tərəflər avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri müzakirə ediblər və bu çərçivədə TRIPP-in (Zəngəzur dəhlizi) əhəmiyyətini vurğulayıblar.

Tərəflər strateji Ermənistan-Fransa əməkdaşlığının gündəliyini də müzakirə edib və qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirib, iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir